07.11.2019
3 noyabr 2019-cu il tarixdə AKP Lənkəran rayon təşkilatının Şiləvar ərazi ilk partiya təşkilatının Böyük Oktyabr sosialist inqilabının 102-ci ildönümü ilə əlaqədar keçirdiyi tədbirdə Lənkəran rayon komitəsinin büro üzvləri də iştirak etmişlər. Tədbirdə Lənkəran rayon komitəsinin I katibi Yaşar Qafarov çıxış edərək Böyük Oktyabr sosialist inqilabının SSRİ xalqlarına bəxş etdiyi siyasi-iqtisadi naliyyətləri haqqında məlumat vermişdir. Rayon partiya təşkilatının tədbirlər planına uyğun SSRİ-nin görkəmli dövlət xadimi İ. V. Stalinin anadan olmasının 140 illiyinə həsr olunan, "İ. V. Stalinin 1941-45-ci illərdə qələbənin təmin olunmasındakı roluna aid" çıxış dinlənilmişdir.
AKP MİK Rəyasət heyəti